Xəbər lenti

Dəhşətli istilər gəlir!
Ölkə09:07 16.07.2014

Dəhşətli istilər gəlir!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda və Abşeron yarımadasında iyulun 17-də hava şəraiti əsasən yağmursuz olacaq, şimal-qərb küləyi gündüz cənub–şərq küləyi ilə əvəz olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti gündüz əsasən yağmursuz olacaq, lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Aran rayonlarında havanın temperaturu gecə 21-26,  gündüz 33-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 11-16, gündüz 24-29 dərəcə isti olacağı ehtimal olunur.

Qaynar.info