Xəbər lenti

Dələduzlar indi də yeni üsula əl atdılar (VİDEO)
Texnologiya 10:48 05.12.2024

Dələduzlar indi də yeni üsula əl atdılar (VİDEO)

Kiberdələduzlar əvvəl sosial şəbəkələrdə xarici adlarla vətəndaşlara mesaj yazır, tora salmaq istəyirdilər, indi azərbaycanlı adları ilə saxta profillər açır, linklər göndərirlər...

Xezerxeber.az xəbər verir ki, mesajların mətni isə təxminən belədir: "Müraciətim təsdiqləndikdən sonra kartıma 50 min abş dolları kredit yükləndi. Mən və dostlarım bu kreditdən faydalanmışıq.

Linkə daxil olub siz də faydalanın"...

Son zamanlar sosial şəbəkələrdə populyar paylaşımların altında bu cür rəylərə tez-tez rast gəlinir.

İnformasiya texnologiyaları üzrə mütəxəsis Elvin Abbasov deyir ki, bu, fişinq dələduzluq adlanır və saxta profillər insanlara real insanın istifadə etdiyi hesab kimi təqdim edilir.

Elvin Abbasov deyir ki, dələduzlar bu cür cəhdləri müxtəlif qurumların adlarından da edir. Məqsəd isə birdir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->