Xəbər lenti

“Deloitte” şirkətinə haker hücumu Azərbaycanda müştərilərlə işə təsir etdimi?
Ölkə15:44 27.09.2017

“Deloitte” şirkətinə haker hücumu Azərbaycanda müştərilərlə işə təsir etdimi?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Deloitte” beynəlxalq auditor şirkətinin qlobal serverinə haker hücumu müştərilərlə işə təsir etməyib.

Bu barədə Trend-ə şirkətin Rusiyadakı ofisindən məlumat verilib.

MDB üzrə nümayəndəliklərin də işinə nəzarət edən ofisdən bildirilib ki, Azərbaycanda da sistemin işinə təsir olmayıb.

Qeyd edək ki, “Deloitte” auditor şirkətinin serverləri haker hücumunun qurbanı olmuşdu. Hakerlərin şirkət əməkdaşlarının yazışmalarını, eləcə də bəzi müştərilərin şəxsi məlumatlarını ələ keçirə biləcəyi məlumat verilmişdi.

Qaynarinfo.Az