Dəm qazından ölən qardaşların atası danışdı - Ürəkdağlayan faktlar (VİDEO)
"Sərxan kiçik oğlum idi. Dördüncü sinfə qədər Ağbulaq kənd Orta məktəbində oxuyub. Daha sonra gedib Sumqayıta, qızıl medalla bitirmişdi. Olimpiadalarda iştirak etmişdi, qalib olmuşdu".
Bu sözləri Baku TV-yə açıqlamasında Bakıda dəm qazından boğularaq ölən Əli və Sərxan Həsənov qardaşlarının atası deyib.
Asif Həsənovun sözlərinə görə, oğlu Sərxan Amerikada Olimpiadaya hazırlaşırdı.
Atası deyir ki, Əli üç ay idi ailə həyatı qurmuşdu.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər