Foto 09:40 06.10.2022

Dəmiryolu Vağzalında dəhşətli sıxlıq: sərnişinlər etiraza qalxdı (FOTO)

Sumqayıt-Xırdalan-Bakı qatarında səhər saatlarında yaşanan dəhşətli sıxlıq etirazlara səbəb olub.

Bakupost.az xəbər verir ki, sıxlığa və qatarların gecikməsindən cana yığılan sərnişinlər Bakı Dəmiryolu Vağzalının stansiya rəisinə etiraz ediblər.
 
Hətta sıxlıq zamanı sakinlərdən birinin halı pisləşib.

Vətəndaşlar qatarlarda kondisionerin işləmədiyini, havalandırma sisteminin olmadığını bildiriblər: "Hər gün belə zülüm yaşayırıq. İşə gecikmək bir yana, havasızlıqdan lap nəfəsimiz kəsilir".

Qeyd edək ki, bir müddət öncə 07:45 intervalı ilə hərəkət edən Sumqayıt-Xırdalan-Bakı qatarının ləğv edilməsi bu istiqamətdə sıxlığın artmasına səbəb olub.