
Cümhuriyyət Xalq Partiyası (CHP) Dəniz Baykalın Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədrliyinə namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Xəbərə görə, bu qərar CHP-nin Ali Mərkəzi Şurasının 1,5 saat sürən toplantısında qəbul olunub.
Partiya sədri Kamal Kılıçdaroğlu qurumun qərarını parlamentin müvvəqqəti sədri Dəniz Baykala təqdim edəcək.
Qaynar.info