
"Azərbaycandan ayrılmağımla bağlı xəbərlər doğu deyil". Fanat.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli deyib.
Vətənində açıqlama verən türk mütəxəssis "Xəzər Lənkəran"ın format dəyişikliyinə getdiyini bildirib: "Oğuz Çətin mənim köməkçim idi. İndi format dəyişikliyinə getmişik. "Xəzər Lənkəran"dan ayrılmamışam. Durumum gələn həftə dəqiqləşəcək".
Dənizli "Qalatasaray"dan təklif alması və Roberto Mançinini əvəzləyəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib: "Qalatasaray"dan təklif almamışam. Heç kiminlə görüşməmişəm. Mətbuatın yaydığı xəbərlərin heç biri doğru deyil".
Qaynar.info