Xəbər lenti

Depardye Kadırovla ləzginka oynadı - VİDEO
Ölkə08:40 25.02.2013

Depardye Kadırovla ləzginka oynadı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çeçenistan rəhbəri Ramzan Kadırov təzəlikcə Rusiya vətəndaşı olan fransalı aktyor Jerar Depardyeni evində qonaq edib. 

ANS PRESS-in verdiyi məlumata görə, R. Kadırov J. Depardyeni elə hava limanında qarşılayıb. 

Kadırovun iqamətgahında baş tutan qonaqlıqda Depardyeyə çeçen milli mətbəxindən ibarət süfrə açılıb. Daha sonra fransalı qonaq ev sahibləri ilə birgə çeçen milli rəqsi ləzginka oynayıblar. 

Fransalı Rusiya vətəndaşı bu ölkəni və insanlarını çox sevdiyini deyib. Aktyor tələbələr və yerli kinematoqrafiya xadimləri ilə də görüşəcək. Bu səfərin səbəbkarı amerikan-ingilis-fransız-rus birgə layihə çərçivəsində çəkilən "Ata ürəyi" filmidir. Kinonun əsas hissələri çeçenistanlı aktyorların iştirakı ilə Qroznıda çəkilir.

Qaynar.info