Xəbər lenti

Depressiyadan qurtulmaq üçün "XOŞBƏXTLİK HƏBLƏRİ" ...
Ölkə06:56 11.01.2017

Depressiyadan qurtulmaq üçün "XOŞBƏXTLİK HƏBLƏRİ" ...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaşadığımız həyatda çətin günləri hər kəs yaşayır. Ayrılıqlar, madiyyat problemi, sevdiyin insanı itirmək, ölümlər və s. Bu kimi şeylər insan psixologiyasında dərin izlər qoyur. Bəzən isə həyatda insan kimi formalaşmasına yardımçı olur. Çoxu insan da bu çətinliklərlə bacara bilmir və getdikcə düşüncələri, çəkdiyi mənəvi ağrı onu ağır depresiyaya salır. 

Depresiya hətta çox adi şeylərdən, bəzən isə mövsümi dəyişiklərdən belə müşahidə oluna bilir. 

Bunun üçündə insan daima ayıq olmalıdır və özü öz üzərində işləməyi bilməlidir. Çətin zamanlarda özünü buraxan insan çox gec sağalır. Əgər zamanında üstünə düşülməsə depressiyanın çox ciddi fəsadları var. Hətta bu fəsadlar ölümə nəticələnə bilir.

Qaynarinfo.Az xəbər verir ki, major, minor, atapik kimi depresiyanın növləri var. Psixoloqlar depressiya müşahidə zamanı depressiya keçirən insana ən başlıca yaxınlarından dəstək almağı mələhət görür. Daha sonra isə ciddi müayinədən sonra depresiya növünü və hansı dərəcədə həyatı təhlükəsi olub-olmadığnı test edir və ona uyğun antidepresiya həbləri yazır. 

Qeyd edək ki, antidepresiya həbləri həkim məsləhətsi olmadan atmaq tövsiyyə olunmur. Antidepresiya həblərini istifadə edildiyi ilk günlərdə, istahsızlıq, baş dönməsi və yuxulu hallar müşahidə oluna bilər ki, bunlar normaldır. İnsan orqanizimi 1 həftə içərisində, bu qeyd etdiyimiz, el arasında "xoşbəxtlik dərmanları"na alışmağa başlayır. Andidepresiyya həblərinin təsiri 2-3 həftə sonra özünü göstərir. Onu da qeyd edək ki, həkim mələhəti olmadan dərmanın dozunu artırmaq və ya azaltmaq, eyni zamanda həbləri atmağı dyandırmaq depresiya yaşayan insan üçün riskli ola bilər. Bunun üçün də mütləq həkiminizlə məsləhətləşin. 

Qaynarinfo.Az