Xəbər lenti

Deputat 42 gündür komada olan qazi ilə bağlı hökumətə müraciət etdi
Ölkə12:34 24.12.2020

Deputat 42 gündür komada olan qazi ilə bağlı hökumətə müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Zaqatalanın Natiq Mahmudov adında qazisi var. O, 42 gündür ki, komadadır”.
Qaynarinfo xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən iclasında Milli Məclisin deputatı Elşən Musayev deyib.
"Mən Baş nazir Əli Əsədovdan, Müdafiə Nazirliyinin rəhbərliyindən, hökumət üzvlərindən xahiş edirəm ki, Natiqlə bağlı əllərindən gələni yox, gəlməyəni də etsinlər. Çünki Şuşa fatehi Şuşanı görmədən ölməməlidir”, - o bildirib.