Siyasət 12:38 24.10.2023

Deputat: "Bu ən pis halda III Qarabağ müharibəsinə gətirib çıxara bilər"

"Fransa ilə Ermənistan arasında silah-sursat satışı ilə bağlı müqavilənin imzalanması gələcək prespektivdə bu regionda ciddi təhlükəli proseslərin baş verməsinə gətirib çlxara bilər. Ən yaxşı halda Ermənisanın hərbi təxribatlarını, ən pis halda isə III Qarabağ müharibəsini labüd edə bilər".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib.

O bildirib ki, Fransanın Ermənistana verəcəyi silahların arasında raketdən müdafiə sistemləri ön planda dayanır.

Qafqaz Rafiqoğlu