Xəbər lenti

Deputat: "Əlilliyin qiymətləndirilməsi və tibbi arayışların bahalığı ciddi narazılıq yaradır"
Ekonomiks08:03 24.02.2023

Deputat: "Əlilliyin qiymətləndirilməsi və tibbi arayışların bahalığı ciddi narazılıq yaradır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin bu gün keçirilən iclasında deputat Afət Həsənova əlillik təyinatı zamanı tibb müəssisəsinin verdiyi "Forma-88"in ödənişli olmasının ciddi narazılığa səbəb olduğunu deyib. 
Qaynarinfo xəbər verir ki, deputat əlillik təyinatında verilən imtinalarda da əsas səbəblərdən birinin tibb müəssəsiləri tərəfindən göndərilən "Forma-88”in düzgün doldurulmaması ilə bağlı olduğunu deyib: 
"Son vaxtlar narazılıqlar siyahısına yenisi də əlavə olunub. Hazırda ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin siyahısı və tariflər təsdiq edilərkən "Forma-88” də ödənişli xidmət növlərinə daxil edilib. Xidmət haqqı da təxminən 41 manat təşkil edir. Mənə aydın olmayan məqamlardan biri də özəl sektordan heç də fərqlənməyən bu məbləğin hansı meyarlar əsasında və nələrə istinad edilərək müəyyənləşdirilməsidir. Həmçinin, ödənişli tibbi xidmətlər siyahısında aztəminatlı ailələr hansı formada nəzərə alınıb? Bu da istər-istəməz haqlı narazılıqlara səbəb olur. Təklif edirəm ki, tibbi xidmətlərdən ödənişsiz yararlanmaq hüququna malik olan şəxslərin siyahısına yenidən baxılsın”.
Qafqaz Rafiqoğlu