Xəbər lenti

Deputat:
Ölkə 11:55 24.05.2024

Deputat: "İlham Əliyev Nobel mükafatına layiq olan lider kimi tarixə düşəcək"

"Yaxın gələcəkdə Prezident İlham Əliyevin bölgəyə gətirdiyi sülhə görə Nobel sülh mükafatına layiq olan və ona mənəvi haqqı olan dövlət xadimlərindən biri kimi tarixə düşəcək".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

O bildirib ki, növbəti mərhələdə yerdə qalan 4 kəndin də geri qaytarılması gözlənilir: 

"Bu kəndlərin də geri qaytarılmasına zərrə qədər şübhə ola bilməz. Bütün bu prosesin müəllifi Prezident İlham Əliyevdir. Bölgəyə sülh birmənalı şəkildə lazımdır. Bu bölgədə yaşayan bütün xalqların milli maraqlarına və dövlətçiliyinə tamamilə uyğundur. Bölgəyə sülhün və təhlükəsizliyin gətirilməsi üçün ilk növbədə erməni işğalına son qoymaq lazım idi, buna da 44 günlük müharibədə və sentyabrda keçirilən antiterror əməliyyatları nəticəsində nail olduq”.

Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->