Xəbər lenti

Deputat: "Məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotiklə bağlıdır"
Ölkə08:25 20.10.2023

Deputat: "Məhkəmədə baxılan işlərin 50 faizdən çoxu narkotiklə bağlıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Narkotik vasitələrə qarşı mübarizənin effektli aparılması üçün ictimaiyəti bu prosesə lazımi səviyyədə cəlb edə bilmirik. Bunun üçün də hələki effektli nəticələrimiz yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, məhkəmədə baxılan işlərin 50%-dən çoxu narkotiklə bağlıdır:
"Penitensiar Xidmətlə maraqlansaq, məhbusların çoxu bu qanun pozuntusu ilə bağlıdır. Xeyli hakimlər bizə şikayət edirlər ki, rəqəmlər elastik olarsa ağır cəza verməmək olar. Bu da həmin insanların müalicəsi, islah işlərinə cəlb edilməsinə şərait yarada bilər".
Qafqaz Rafiqoğlu