Xəbər lenti

Deputat: "Məhkəmədə ən çox mübahisələr qiymətləndirmə ilə bağlıdır"
Ekonomiks10:34 24.10.2023

Deputat: "Məhkəmədə ən çox mübahisələr qiymətləndirmə ilə bağlıdır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qiymətləndirmə fəaliyyəti xeyli sahələrdə olan boşluqların müəyyən dərəcədə ortadan qaldırılmasına kömək edəcək. Həmçinin, məhkəmələrin işinin asanlaşmasına şərait yaradacaq. Çünki məhkəmədə ən çox mübahisələr qiymətləndirmə ilə bağlıdır".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, qiymətləndirmənin obyektivliyi çox vacib faktorlardan biridir: 
"Eyni zamanda, müəyyən maraqlar toqquşması da burada önəmli rol oynayır. Dövlətin sifarişi ilə olan qiymətləndirmələrlə ayrı-ayrı fiziki və hüquqi şəxslərin qiymətləndirməsi arasında rəqəm fərqləri çox vaxt ciddi narazılıqlara səbəb ola bilir".
Qafqaz Rafiqoğlu