Xəbər lenti

Deputat:
Siyasət 11:49 02.02.2026

Deputat: "Naxçıvanın dövlət deyə tanıtımı konstitusiyadan çıxmalıdır"

"Bu gün "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (II səsvermə) müzakirə edərəcəyik". 

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib: 

Orada bir məsələ diqqətimi çəkdi ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Sonra qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri:

"Məncə, Naxçıvan Muxtar Respublikası və dövlət anlayışlarını ümumiyyətlə konstitusiyada qeyd etməli deyilik. Ayrılmaz tərkib hissəsidirsə, orada başqa məsələni xatırlatmaq tamamilə yersizdir. Bu məsələyə diqqət yetirsək, yaxşı olar. Naxçıvan Muxtar Respublikasının dövlət deyə tanıtımı konstitusiyada gündəlikdən çıxmalıdır".

Qafqaz Rafiqoğlu
--> -->