Xəbər lenti

Deputat qızların ali hərbi məktəbə daxil olmasından danışdı
Ölkə12:10 16.05.2014

Deputat qızların ali hərbi məktəbə daxil olmasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında bildirib ki, 2009-cu ildən etibarən Azərbaycanda qızların Ali Hərbi Məktəbə daxil olması dayandırılıb. 

Müdafiə Nazirliyinin sifariş olmadığından, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu qəbulu aparmır. 

Hərbçi olmaq arzusunda olan qızlar tərəfindən bu məsələ ilə bağlı bir millət vəkili olaraq ona müraciətlər edildiyini deyən Qənirə Paşayeva bildirib ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir: “Bizim torpaqlarımızın 20% işğal altındadır. Ona görə də hesab edirəm ki, hərbçi olmaq istəyən qızlarımızın önünə baryer çəkməyə ehtiyac yoxdur. İnanıram ki, indiki müdafiə nazirimiz hərbiçi olmaq istəyən qızların arzu və istəklərini nəzərə alaraq bu məsələyə pozitiv yanaşacaq, bu məsələ öz həllini tapacaq və qızlar yenidən Ali Hərbi Məktəbə daxil ola biləcəklər. Bu, həmçinin orduda da psixoloji baxımdan müsbət təsir edər”.

Musavat.com