Ölkə 22:09 07.11.2023

Deputat Rüfət Quliyevə ağır itki (FOTO)

Milli Məclisin deputatı Rüfət Quliyevə ağır itki üz verib.

Qaynarinfo xəbər verir ki, millət vəkilinin qardaşı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev 86 yaşında vəfat edib. 

Mərhum noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində torpağa tapşırılacaq.