"Azərbaycanda  600 məktəbin siması görünməməkdədir. Necə olur ki, məktəb direktoru kadr bankı lazımi səviyyədə yaradılmayıb".
	
		
	Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 
	
		
	Deputat bildirib ki, təhsilimizdə hələ də müəyyən problemlərin qalması hamını narahat edir:
	
		
	"Hər bir məktəbin əsas siması onun direktoru, direktor müavinləridir. Universitetin siması isə onun rektorudur. Rektorun xarakteri, direktorun kimliyi o müəssisənin taleyinə çox önəmli təsir göstərir. Orada təhsil prosesinin nə qədər keyfiyyətli olmasını təmin edir".
 
	
		
	Fazil Mustafa qeyd edib ki, direktor seçimi üçün hər dəfə yeni metodologiya kəşf olunur:
	
		
	"Kiçik bir ölkəyik, çox sayda məktəbimiz yoxdur. Bir direktor seçimi nədir ki? Bu qədər testdən, mərhələdən keçməlidir. İki yerə bölünüb. Şagird sayı 500 nəfərədək olan məkətblərdə bir prosedur gedir. 500-dən çox olanda isə 3 mərhələli sistem qoyulur. Mürəkkəb bir labirint yaradılır. Heç də layiqli insanların məktəb direktoru seçilməsini təmin etmək mümkün olmur. Bu da məktəblərdə təhsilin səviyyəsini xeyli aşağı salır. Məsələn, məktəbdə kollektiv içərisində rəy sorğusu keçirirsən, 10 il stajı olandan birini direktor seçirsən. Yaxud kadr bankı yaradılır".
	
		
	"Bir-iki il itirilən təhsil sonradan uşaqların taleyində öz sözünü deyir. Yüz milyonlara vəsait xərcləyib tələbə yetişdiririk. Onların böyük əksəriyyəti qayıdıb gəlir, işlə təmin olunmur. Özləri təşəbbüs göstərmiyincə, valideynləri qapıları döyməyincə bununla maraqlanan yoxdur. Bu məsələyə ciddi diqqət yetirmək lazımdır", deyə deputat vurğulayıb.
	
		
	Qafqaz Rafiqoğlu
	 
             
            
Şərhlər