Xəbər lenti

Deputat ticarət mərkəzi tikdirir? - FOTOLAR
Ölkə12:33 28.08.2014

Deputat ticarət mərkəzi tikdirir? - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının mərkəzində yerləşən keçmiş Nərimanov kinoteatrının yerindəticarət mərkəzinin tikilməsi haqda əvvəlcədən xəbər vermişdik.

Mədəniyyət ocağının yerində ticarət obyektinin tikilməsi nə qədər ilgincgörünsə də bu reallıqdır. Vaxtilə sevə-sevə kino izləmək üçün üztutduğumuz bu məkan ötən ilin iyulundan tarixin saralmış səhifələrinəqovuşub.



İndi onun yerində ticarət mərkəzi tikilir. Daha doğrusu tikilirdi. Birneçə vaxtdır ərazidə tikinti işləri dayandırılıb. Səbəbini bilməsək dədördbir tərəfi hasara alınan ərazidə qoyulan reklam lövhəsindən dəgöründüyü kimi ticarət mərkəzinin bu ilin avqust ayında təhvil verilməsiplanlaşdırılmış.

Ticarət mərkəzinin sahibinin kimliyi ilə bağlı AzVision.az-a maraqlıməlumat daxil olub. Bildirilir ki, tikilməkdə olan obyekt millət vəkiliƏmhəd Vəliyevin yaxın çevrəsinə məxsusdur.

Məlumatı dəqiqləşdirmək üçün tikinti aparılan əraziyə baş çəkdik.Obyektə mühafizəçidən başqa heç kim yox idi. Jurnalist olduğumuzu bilənmühafizəçi təşvişini gizlətməyərək bizdən qaçmağa çalışırdı.

Soruşanda ki, “tikinti nə üçün dayandırılıb?” adını açıqlamayan şəxs sualımızdan yayınaraq bu haqda heç nə bilmədiyini deyir.

Daha sonra obyektin sahibinin kimliyini öyrənmək istəyəndə həmin şəxs ərazidən uzaqlaşaraq narahat etməməyimizi bildirdi.



Tikinitin sifarişçisi “Vulkan-S” MMC və layihə rəhbəri kimi “AS-KO”MMC-nın adı qeyd edilir. Podratçı şirkət isə “Minera” MMC-dir. Bu haqdakinoteatrın ərazisində qoyulan reklam lövhəsində də məlumatyerləşdirilir. Qəribədir ki, Minera” MMC ilə əlaqə saxlasaq da şirkətdəntikintinin niyə yarımçıq qalması ilə bağlı məlumatsız olduqlarınıdedilər.

Ticarət mərkəzinin deputat Əhməd Vəliyevin çevrəsində məxsus olmasıhaqda xəbərlər heç də təsadüf görünmür. Tikinti aparılan ərazi deputataməxsus olduğu deyilən “Oksigen” klinikasının düz qarşısındadır.



PS. Mövzunu diqqətdə saxlayacağıq.