Xəbər lenti

Deputat xəstə jurnalistin səhhəti ilə maraqlandı
Ölkə11:25 10.07.2013

Deputat xəstə jurnalistin səhhəti ilə maraqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Millət vəkil Çingiz Qənizadə səhhəti iki həftə öncə qəfildən pisləşən, öncə daxili, daha sonra xaricə nüfuz kəllədaxili qanaxmalar müşahidə edilən və hazırda Gürcüstanda müayinə olunan tanınmış jurnalist Nicat Dağların səhhəti ilə maraqlanıb.

Millət vəkili dünən Gürcüstana zəng edərək Nicat Dağların xanımı və qaynı ilə danışıb, Nicata Allahdan şəfa diləyib. 

“Nicatın gələcəkdə müalicəsi üçün maddi və mənəvi dəstək göstərilməsi hər kəsin borcudur”, - deyə Ç.Qənizadə bildirib.

Qeyd edək ki, istedadlı araşdırmaçı jurnalistin sağlıq durumu ilə maraqlananlar və köməyini təklif edənlər arasında deputatlar Qənirə Paşayeva, Aydın Mirzəzadə, sənətçi Aybəniz Haşımova, habelə qeyri-hokumət təşkilatlarının çoxsaylı rəhbərləri, jurnalist kollektivləri də var. 

N.Dağların həyatı üçün narahat olan yaxın dostları və həmkarları ümid edirlər ki, qısa müddətdə müalicə üçün lazım olan məbləğ toplanacaq və jurnalist, şair və gözəl ailə başçısının həyatı xilas ediləcək