Xəbər lenti

Deputatdan himnlə bağlı qalmaqallı təklif: “Həcmi azaldılsın”
Ölkə10:10 02.11.2018

Deputatdan himnlə bağlı qalmaqallı təklif: “Həcmi azaldılsın”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mən uşaqlarım hələ kiçik yaşlarında olanda onları məcbur etmişəm ki, dövlət himnimizi əzbərləsinlər, bilsinlər”.
Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirlən iclasında deputat Tahir Kərimli deyib.
Deputat dövlət himinin həcminin azaldılmasını təklif edib.
"Dünya ölkələrinin əksəriyyətində dövlət himnləri 2 dəqiqə səsləndirilir. Ancaq bizdə isə dövlət himnimiz 4 dəqiqə davam edir. Hesab edirəm ki, bunun həcmini azaltmaq lazımdır. Əzəmətli himnə çevirmək lazımdır.
Bildiyimiz kimi, dahi bəstəkarımız Üzeyir Hacıbəyov Sovet ittifaqının da himnini hazırlayıb. Açığını deyəcəm, o bundan daha cazibədar idi. Təklif edirəm ki, himnin həcmi azaldılsın”.