Xəbər lenti

Deputatdan təklif - Əmək məcəlləsinə tıxacla bağlı işə gecikənlərə görə maddə daxil edilsin
Ekonomiks12:11 30.09.2022

Deputatdan təklif - Əmək məcəlləsinə tıxacla bağlı işə gecikənlərə görə maddə daxil edilsin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Təklif edirəm ki, Əmək Məcəlləsinə tıxacla bağlı işə gecikənlərlə bağlı maddə daxil edək”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Bakının ətraf bölgələrindən gələnlər bu problemi daha çox hiss edir: "Tıxaca görə 1 saat gecikmə məsələsi qanunvericilik səviyyəsində olmasa da, Nazirlər Kabinetinin qərarlarında əks olunsun. Xüsusilə də ən azı bunun qadınlara yönəlik tətbiq olunması lazımdır”.