Xəbər lenti

Deputatın qardaşı oğlu bank müdiri təyin edildi
Ekonomiks18:14 10.11.2014

Deputatın qardaşı oğlu bank müdiri təyin edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli məclisin deputatı Xanhüseyn Kazımlının qardaşı oğlu Dəyanət Kazımlı vəzifəyə təyin edilib. 

Qaynar.info ucnoqta.az-a istinadən xəbər verir ki, deputatın qardaşı oğlu “Muğan” bankın İmişli filialının müdiri təyin edilib. Dəyanət Kazımlı bundan əvvəl “Zamin” bankın kredit şöbəsinin müdiri kimi işləyib. 

Qeyd edək ki, Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı da bank sektorunda yüksək vəzifədə çalışır. O, Mərkəzi Bankın İpoteka Fondunun İcraçı direktorudur.

Qaynar.info