Xəbər lenti

Deputatlara silah verilməlidirmi? (AÇIQLAMA)
Ölkə 14:56 31.03.2023

Deputatlara silah verilməlidirmi? (AÇIQLAMA)

"Deputatlara nə odlu silah, nə də cangüdən lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, millət vəkilinin cangüdəni elə millətinin özüdür:

"Millət vəkili daimi millətinin arasında olmalıdır, ona görə mən deputatlara qarşı heç bir təhlükə görmürəm. Amma siz Fazil Mustafa ilə bağlı terror aktını deyirsinizsə, bu siyasi mativi olan bir addımdır. Düşünürəm bunu həyata keçirənlər və arxasında duranlar ifşa olunacaqlar. Bu terror aktını törədənlər əgər düşünürlərsə ki, Azərbaycanda kimisə qorxuda bilərlər, kimisə siyasi yolundan ayıra bilərlər, bunlar mümkünsüzdür. Bütün deputatların adından deyirəm ki, biz öz siyasi mövqeyimizdən, yolumuzdan kənara çəkilən deyilik. Dövlətimizin siyasətini həmişə dəstəkləmişik və dəstəkləyəcəyik də”.

Rüfət Quliyev Azərbaycanın kifayət qədər təhlükəsiz, stabil, sabit bir ölkə olduğunu bildirib:

"Bu səbəbdən deputatın silah gəzdirməsinə ehtiyac yoxdur. Dünyada üç təhlükəsiz ölkə varsa, onun birincisi Azərbaycandır. Qaldı ki, silahdan istifadə edilməsinə, məndə ov silahı var. Axırıncı dəfə 10 il əvvəl ovda olanda ondan istifadə etmişəm. Düşünürəm ki, buna xüsusi bacarıq lazımdır. İstər tapança, istərsə də başqa bir odlu silah növü olsun, özünü müdafiə etmək üçün istifadə etmək lazımdır”.

Bahar Rüstəmli


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->