
Türkiyənin Antalya şəhərində keçirilən ənənəvi parlamentlərarası futbol turnirində dünən final görüşü keçirilib.
Qaynarinfo.az xəbər verir ki, "TRT Spor"un canlı yayımladığı finalda türkiyəli deputatlarla azərbaycanlı millət vəkilləri qarşılaşıb. Meydan sahibləri 2:1 hesablı qələbə qazanıb. Halbuki komandamız 18-ci dəqiqədə hesabı açan tərəf olub. Lakin AK partiyasının Ordu şəhərindən millət vəkili, əvvəllər peşəkar futbolla məşğul olmuş Oktay Çanak 23 və 70-ci dəqiqələrdə (oyun 70 dəqiqədən ibarət olub - red.) dubl edərək Türkiyəyə qələbə qazandırıb.
Lakin türkiyəli hakimin idarəçiliyi Milli Məclisin deputatlarının xoşuna gəlməyib. Belə ki, hakim Azərbaycanın qapısına olmayan penalti verib. Üstəlik, oyuna əlavə olunmuş 5-ci dəqiqədə Türkiyə oyundankənar vəziyyətdən qol vurub.
Qeyd edək ki, III yer uğrunda görüşdə Polşa Seymi Ukrayna Radasına 9:1 hesabı ilə qalib gəlib. Oyundan sonra türkiyəli deputat Abdurrahman Arıcı turnirə qatılan komandaların kapitanlarına kubok təqdim edib. Bizdə kubok Fuad Muradova təqdim olunub.
Xatırladaq ki, azərbaycanlı deputatlar ilk görüşdə polşalı həmkarlarını 2:1 məğlub etmişdi.
Qaynarinfo.az