Xəbər lenti

Dünya 19:05 12.10.2024

"Der Spiegel": "Ukrayna hakimiyyəti ərazilərin mümkün güzəştlərini müzakirə edir"

"Der Spiegel" yüksək rütbəli ukraynalı məmura istinadən yazır ki, Ukrayna hakimiyyəti ölkənin Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan əraziləri güzəşt etməklə münaqişəyə son qoymaq ssenarisini müzakirə edir. 

Qaynarinfo-nun məlumatına görə, mənbə bildirib ki, hərbi əməliyyatların başa çatması ilə bağlı ilkin təsəvvür yanlış ola bilər.

"Biz inanırdıq ki, qələbə Rusiyanın qeyd-şərtsiz təslim olması olmalıdır. Amma güzəştlər olmadan bu mümkün deyil. Müqavilə, o cümlədən Rusiya üçün faydalı olmalıdır", deyə "Der Spiegel"in həmsöhbəti bildirib.

Mənbə ABŞ-ın Ukraynaya dəstəyinin səviyyəsinin "yavaş, lakin mütləq şəkildə azalacağını" bildirib. Onun sözlərinə görə, bu ssenari həm Donald Tramp, həm də Kamala Harris seçkilərdə qalib gələrsə mümkündür. Eyni zamanda, yardımın azaldılması yaxın gələcəkdə baş verməyəcək.

Rəsmi olaraq Ukrayna hakimiyyəti hərbi əməliyyatları dayandırmaq üçün ərazilərin verilməsini istisna edir. Vladimir Putin iyunda demişdi ki, münaqişəyə son qoymaq üçün şərtlərdən biri Ukrayna qoşunlarının DXR və LXR, Zaporojye və Xerson vilayətlərinin ərazisindən çıxarılması olmalıdır. Oktyabrın əvvəlində "Financial Times" yazıb ki, Ukrayna hakimiyyəti Qərb rəsmiləri ilə danışıqlarda "təhlükəsizlik üçün torpaq" prinsipi üzrə mümkün danışıqlarla bağlı daha praqmatik mövqe tutmağa başlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->