Xəbər lenti

Dərnəgüldəki mərmər zavodu işçilərin maaşını niyə vermir? (VİDEO)
Ekonomiks10:14 26.06.2025

Dərnəgüldəki mərmər zavodu işçilərin maaşını niyə vermir? (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İşlədiyi müəssisə maaşını vermədən onu işdən çıxarıb. 
Bunu "Xəzər Xəbər"ə müraciət edən paytaxt sakini Əfsanə Məmmədova deyib.
Onun  sözlərinə görə, iki ildən artıqdır Dərnəgüldə yerləşən mərmər zavodunda xadimə işləyib.
Aylarla əməkhaqqısı ödənməyib. Daha sonra onu işdən çıxarıblar. Şikayətçi bildirib ki, onun üzləşdiyi aqibətlə üzləşən xeyli başqa işçilər də var.
Şikayətçi deyir ki, bununla bağlı şirkət rəhbərliyinə dəfələrlə müraciət edib. Ancaq vədlər verilsə də, maaşı verilməyib.