Xəbər lenti

“Dərvişin qeydləri” filminin premyerası olacaq
Ölkə11:39 29.07.2013

“Dərvişin qeydləri” filminin premyerası olacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında lentə alınmış “Dərvişin qeydləri” filminin premyerası olacaqdır.
Kinostudiyadan AzərTAc-a bildiriblər ki, filmdə söhbət XIX əsrin əvvəllərində - Azərbaycan xanlıqlarının süqutunun başa çatdığı ərəfədə baş verən hadisələrdən gedir.
Yeni ekran əsərinin ssenari müəllifləri Eldar Quliyev və İlqar Fəhmi, bəstəkarı Siyavuş Kərimidir. Kinorejissor Eldar Quliyevin quruluş verdiyi filmin çəkilişləri Bakı, Salyan və Şəkidə gerçəkləşdirilib.
Tarixi-detektiv mövzuda olan filmdə xalq artistləri Fuad Poladov, Cəfər Namiq Kamal, əməkdar artistlər Şövqi Hüseynov, Pərviz Məmmədrzayev və gənc aktyorlar rol alıblar.


Qaynar.info