Xəbər lenti

Devid Kemeron Azərbaycan neftindən danışdı
Ekonomiks08:05 04.06.2013

Devid Kemeron Azərbaycan neftindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın enerji resursları şübhəsiz ki, yaxın illərdə Avropa və beynəlxalq iqtisadiyyat üçün həyati əhəmiyyətli rol oynayacaq. 

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Devid Kemeronun Bakıda keçirilən 20-ci "Xəzər Neft-Qaz 2013" sərgisinin açılışı ilə bağlı göndərdiyi təbrik məktubunda deyilir.

"Mən Azərbaycan Prezidenti İlham Əliyevi və Azərbaycan xalqını Bakıda 20-ci "Xəzər Neft-Qaz 2013" sərgisinin keçirilməsi münasibəti ilə təbrik edirəm. Mən ölkələrimiz arasında kommersiya əlaqələri ilə qurulan ikitərəfli möhkəm münasibətlərin davamını alqışlayıram."

Kemeronun sözlərinə görə, 2013-cu il "Cənub qaz dəhlizi" layihəsinin həyata keçirilməsi, həmçinin Avropaya boru kəmərinin son marşrutu haqqında bir sıra vacib qərarların qəbul ediləcəyi çox əhəmiyyətli il olacaq: "Lakin hazırda Mərkəzi Asiya qazının "Cənub qaz dəhlizi" vasitəsilə Avropaya çatdırılması üzrə ambisiyaları həyata keçirmək üçün tam ölçüdə işləmək lazımdır. Və mən əminəm ki, bu ambisiyalar reallığa çevriləcəklər".

Qaynar.info