Xəbər lenti

Dezinfeksiya işləri niyə gecələr aparılmır?
Ölkə13:52 18.05.2020

Dezinfeksiya işləri niyə gecələr aparılmır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dezinfeksiya aparılmazdan əvvəl əhaliyə bu barədə məlumat verilir".
Qaynarinfo xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib. 
"Əvvəl istədik ki, bu işləri gecə görək, amma çoxsaylı şikayətlər aldıq. Əhali gecə vaxtı səs-küydən yata bilməməkdən gileyləndi. Sonra düşündük ki, istirahət günlərinə - şənbə günlərinə salaq" deyə BŞİH rəhbəri bildirib.
E.Əzizov bu məhlulların insan orqanizmi üçün təhlükəli olmadığını da bildirib. Əlavə edib ki, səpildikdən sonra 10-15 dəqiqə ərzində əriyib gedir.