Xəbər lenti

DGK ən böyük ixrac şirkətlərindən biri ilə bağlı məhkəməyə üz tutdu
Ekonomiks13:11 23.11.2022

DGK ən böyük ixrac şirkətlərindən biri ilə bağlı məhkəməyə üz tutdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın ən böyük ixrac şirkətlərindən biri olan "Almeyvə” MMC barəsində inzibati protokol tərtib edilib.
Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 482.3 - mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsi maddəsi ilə inzibati protokol tərtib olunub. 
İşə Xaçmaz Rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, 482.3 maddəsinin pozulmasına görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Əhməd