Xəbər lenti

DGK tanınmış rəssamı niyə cərimələyib? - Məhkəmə çəkişməsi
Sənət 18:49 29.05.2024

DGK tanınmış rəssamı niyə cərimələyib? - Məhkəmə çəkişməsi

Dövlət Gömrük Komitəsi (DGK) tanınmış rəssam və heykəltəraş İbrahim Həsnovun oğlu Ruhulla Həsənzadəni barədə inzibati protokol tərtib edib. 

Qaynarinfo-nun məlumatına görə, Ruhulla Həsənzadəyə qarşı və İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə ittiham irəli sürülüb və o, təqsirli bilinərək cərimələnib. 

483-cü maddə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. 

Ruhulla Həsənzadə DGK-nın qərarından məhkəməyə şikayət ərizsəi ilə müraciət edib. Onun şikayətinə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Solmaz Mustafayeva iş üzrə hakim təyin edilib. 

İbrahim Həsənov çoxşaxəli rəssam və heykəltəraş kimi tanınır. 1991-ci ildə Londonda fərdi sərgisi keçirilib. Sərgidə nümayiş olunan bütün əsərlər London muzeyi tərəfindən alınıb. 

İbrahim Həsənovun oğlu Ruhulla Həsənzadə də də gənc olmasına baxmayaraq, istedadlı rəssam kimi tanınır. Ötən il Muzey Mərkəzində İbrahim Həsənov və Ruhulla Həsənzadənin "Metamorfik bağlar: 70/30” adlı sərgisi keçirilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->