Xəbər lenti

Dıçko Məcidovdan 3 il əvvəki yenilginin qisasını almasından danışdı
İdman09:50 15.08.2016

Dıçko Məcidovdan 3 il əvvəki yenilginin qisasını almasından danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qazaxıstan boksçusu İvan Dıçko Azərbaycan millisinin üzvü Məhəmmədrəsul Məcidovla döyüş barədə danışıb. 

Qaynarinfo.Az xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan idmançı Qazaxıstanın sports.kz saytına müsahibəsində Olimpiya mükafatçımızı mübarizədən kənarlaşdırmasının əsas səbəblərini açıqlayıb.

- 2013-cü ildə Almatıda keçirilən dünya çempionatında Məhəmmədrəsul Məcidova uduzmuşdunuz. Rioda qarşılaşmaya revanş arzusu ilə çıxdığınızı demək olarmı?

- Əlbəttə, qisas istəyi vardı. Amma tamamilə Almatıdakı yenilginin revanşı üçün köklənməmişdim. Mənim üçün ilk növbədə indiki yarışın nə dərəcədə məsuliyyətli olması və irəliləmək istəyi idi.

- Belə bir rəqiblə döyüşün erkən bitməsinə məyus olmadınız ki?

- Döyüş gözlədiyim kimi olmadı. Özüm üçün ciddi itki olmadan 3 raund keçirilməsini istəyirdim. Amma boks elə bir idman növüdür ki, orada hər bir gözlənilməzlik mümkündür. Təəssüf ki, bu mənim döyüşümdə yaşandı (Məcidovun gözləri qanadığı üçün yarışı yarımçıq dayandırıb - red).

- Qarşılaşma üçün taktiki tapşırığınız necə idi?

- Rəqibi məsafədə, öz başımdan uzaqda saxlamalı idim. İlk raundda bədənə bir neçə zərbə buraxdım. Amma hesab edirəm ki, bu, rinqdəki çoxsaylı hərəkətlərim hesabına oldu. İlk raunddan sonra məşqçilərin tapşırıqlarını dinlədim və özüm qərar qəbul etdim ki, daha az hərəkətli olub, döyüşü nəzarətdə saxlayım.

- Nigeriyadan olan növbəti rəqibiniz haqda nə deyə bilərsiniz?

- O, fiziki gücə və yaxşı zərbəyə malik boksçudur. Hündürboydu, uzun əlləri var. Buna uyğun taktika seçib, hazırlıq planı quracağıq. Qarşıda 3 gün vaxtımız var. Onsuz da hündürboyla döyüşmək mənə daha rahatdır.

Qaynarinfo.Az