
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Tanınmış jurnalist Qulu Məhərrəmli “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılovla birlikdə sayt yaradıb.
Qaynarinfo.Az-ın verdiyi xəbərə görə, professor Qulu Məhərəmli bildirib ki, Azleks.az və orfoqrafiya.az saytlarının xidmətləri pulsuzdur:
"Hörmətli, media nümayəndələri və gənc həmkarlarım. Sizlərdən Azərbaycan dilinin bu və ya başqa problemləri, hansısa sözün düzgün yazılışı, yaxud tələffüzü ilə bağlı çoxlu suallar alıram. Özünüz şahidsiniz ki, imkan daxilində bu sualları məmnuniyyətlə də cavablandırıram. Təəssüf edirəm ki, bəzən dərsdə və ya hər hansı toplantıda olduqda telefon zənglərinizə və suallarınıza cavab verə bilmirəm.
Buna görə də, sizə yardımçı olmaq üçün “Altun kitab” nəşriyyatının yaratdığı və onun direktoru Rafiq İsmayılovun rəhbərlik etdiyi, mənim də baş redaktor kimi çalışdığım Azleks.Az və Orfoqrafiya.Az saytlarının xidmətlərindən (pulsuzdur) istifadə etmənizi məsləhət görürəm. Elektron lüğətlər toplusu olan bu saytların sizlər üçün faydalı olacağına, lazımınca bəhrələnəcəyinizə ümid edirəm. Ana dilimizin keşiyində dayanan hər kəsə uğurlar".
Pərvin Zeynal
Qaynarinfo.Az