Xəbər lenti

Dil Qurumu Monitorinq keçirir
Ölkə10:53 12.06.2013

Dil Qurumu Monitorinq keçirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə paytaxtdakı elan, reklam lövhələri və çarxlarının dil normaları baxımından monitorinqinə başlayır.

Dil Qurumunun üzvü Anar Niftəliyevin Qaynar.info-ya verdiyi məlumata görə, monitorinq 20 iyun 2013-cü il tarixinə qədər davam edəcək.

Araşdırmanın nəticəsi mətbuata açıqlanacaq və aşkarlanan nöqsanların aradan qaldırılması üçün reklam şirkətlərinə müraciətlər göndəriləcək.

Qaynar.info