Xəbər lenti

DİM sədrindən ittiham: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib
Ölkə08:05 17.11.2018

DİM sədrindən ittiham: “Vəsaitin yarısı kənardan dəvət edilmiş şəxslərə xərclənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanların keçirilməsinə xərclənən vəsaitlə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.
Qaynarinfo-nun modern.az-a istinadən məlumatına görə, M.Abbaszadə bu gün keçirilən "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti" mövzusunda konfransda çıxışı zamanı qeyd edib ki, DİM üçün ayrılan vəsaitin yarısı imtahanların keçirilməsi üçün kənardan dəvət edilmiş şəxslərə xərclənib:
"Dövlət İmtahan Mərkəzi yaranan zaman quruma dövlət tərəfindən 7,6 milyon manat ayrılıb. Pulun 3,5 milyon manatı kənardan dəvət olunan adamlara ödənilib. İmtahanın şəffaf, düzgün keçirilməsi üçün belə vəsaitin sərf edilməsi normaldır. Çünki onlar adekvat əmək haqqı almalıdırlar".
M.Abbaszadə bildirib ki, DİM-in mərkəzi aparatı və regional bölmələri də daxil olmaqla ümumilikdə şəxsi heyyəti 210 nəfərdən ibarətdir: "Təbii ki, qeyd olunan miqyasda tədbirlərin həyata keçirilməsi üçün bundan daha çox sayda əməkdaşa ehtiyac var".