Xəbər lenti

DİM xəbərdarlıq etdi - Vaxtınız bitir!
Ölkə11:18 04.08.2017

DİM xəbərdarlıq etdi - Vaxtınız bitir!

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dövlət İmtahan Mərkəzi kolleclərə qəbul olmaq istəyən abituriyentlərə xəbərdarlıq edib.

Mərkəzdən "Qaynarinfo"ya verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi avqustun 6-da saat 23:59-da başa çatır.

Qeyd olunan vaxta kimi ixtisas seçimi edib təsdiq etməyən abituriyentlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qaynarinfo.Az