Xəbər lenti

DİN-dən ABŞ səfirliyinin maşını ilə bağlı açıqlama
Ölkə11:21 19.11.2013

DİN-dən ABŞ səfirliyinin maşını ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ehsan Zahidov səfirliyin avtomobilinin cərimə meydançasına aparılması barədə xəbərləri təkzib edib

Hadisə  Daxili İşlər Nazirliyi ABŞ-ın Bakıdakı səfirliyinin diplomatik nömrə nişanı olan maşınının cərimə meydançasına aparılması xəbərini təkzib edib. Qaynar.info-nun nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, açıqlamada deyilənlərin yalan olduğu bildirilib.

Qeyd edək ki, məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov da "Qafqazinfo"ya açıqlamasında sözügedən informasıyanın doğru olmadığını qeyd edib: “ABŞ-ın Bakıdakı səfirliyinin diplomatik nömrə nişanı olan maşınının guya 4 gün əvvəl “Landmark”Biznes Mərkəzinin qarşısındakı dayanacaqdan götürülərək cərimə meydançasına aparılması barədə yayılan məlumat uydurmadır və həqiqəti əks etdirmir. 

Yalan məlumatı təkzib etməklə yanaşı onu da qeyd etmək yerinə düşər ki, Bakı Şəhər İcra hakimiyyətinin müvafiq sərəncamına əsasən paytaxtın Nizami və Xəqani küçələrində, o cümlədən adıçəkilən Biznes Mərkəzinin qarşısında nəqliyyat vasitələrinin park edilməsinə icazə verilmir. Sözsüz ki, bu qadağa öz vətandaşlarımız ilə bərabər ölkəmizdə yaşayan və fəaliyyət göstərən əcnəbi vətəndaşlara, o cümlədən Bakıdakı diplomatik nümayəndəliklərdə çalışan diplomatlara da aiddir".

Qaynar.info