Xəbər lenti

DİN-dən açıqlama: Həbsdəki sabiq icra başçısı vəfat edib?
Ölkə06:21 25.05.2018

DİN-dən açıqlama: Həbsdəki sabiq icra başçısı vəfat edib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) həbsdə olan Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmovun ölməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qaynarinfo-nun məlumatına görə, DİN-nin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Report”un sorğusuna cavab olaraq deyib ki, yayılan məlumatlar həqiqətə uyğun deyil.
O bildirib ki, bu xəbərlər məqsədli şəkildə yayılıb: "Həmin şəxs sağ-salamatdır. Ona heç bir işgəncə verilməyib. Yəqin vəkili məlumat yayacaq”.
Qeyd edək ki, Rusiya vətəndaşı olan S.Rüstəmov Şəmkirdə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.
Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.