Xəbər lenti

DİN-dən ağır yol qəzası ilə bağlı açıqlama
Ölkə13:30 10.01.2014

DİN-dən ağır yol qəzası ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı idi.

Daxili İşlər Nazirliyi Səhiyyə Nazirliyinin əməkdaşının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

Qaynar.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 9-da saat 9:00 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsinin ərazisində qəsəbə sakini Rafiq Məmmədov idarə etdiyi “Hyundai” markalı avtomobili kanala aşırıb. 

Nəticədə R.Məmmədovun sərnişini - bacısı Pərvanə Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, qəza zamanı dünyasını dəyişən P.Məmmədova Səhiyyə Nazirliyinin mətbuat xidmətinin, qardaşı R.Məmmədov isə İTV-nin əməkdaşıdır. 

Qaynar.info