Xəbər lenti

DİN-dən Anar Məmmədovun işçisinin qətli ilə bağlı açıqlama
Ölkə09:06 12.07.2014

DİN-dən Anar Məmmədovun işçisinin qətli ilə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi (DİN) “Qarant Sığorta”nın İdarə Heyətinin xanım üzvünün ölümü ilə bağlı məlumat yayıb. 

Qaynar.info-nun xəbərinə görə, DİN-in saytında yer almış məlumatla bildirilir ki, iyulun 11-də Nəsimi rayonu ərazisində Natəvan Əliyevanın bıçaqla qətlə yetirilmiş meyiti yaşadığı evində tapılıb. “Nəsimi Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır”, – deyə DİN-in məlumatında qeyd edilib.

Qeyd edək ki, “Qarant Sığorta” "”Qarant Holdinq”ə daxildir. Holdinqin idarə heyətinin sədri isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Qaynar.info