Xəbər lenti

DİN-dən gecə klubundakı qətllə bağlı - AÇIQLAMA
Ölkə09:53 18.10.2013

DİN-dən gecə klubundakı qətllə bağlı - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Klubdakı qətlin Bakı şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilib

Bu gün Bakıda gecə klublarının birində baş vermiş qanlı cinayət barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. ANS PRESS-in nazirlyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Binəqədi rayonu Naxçıvani küçəsindəki “Magic” klubundan Bakı şəhər sakini Səttar Məmmədzadə ürək nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyib.

Araşdırmalar zamanı hadisənin Bakı şəhər sakini Ənvər Həsənov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtaraş tədbirləri aparılır.


Qaynar.info