Xəbər lenti

DİN insidentlə bağlı məlumat yaydı
Ölkə09:29 24.12.2013

DİN insidentlə bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi dünən Gəncədə baş verən insidentlə bağlı məlumat yayıb.

Qaynar.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də saat 11 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Abdıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu həmyerlisi Gülnar Nəbiyevanın Dədə Qorqud küçəsində yaşadığı mənzilə gəlib və aralarında baş vermiş mübahisə zəminində qumbara partladacağını bildirib.

Görülmüş tədbirlər nəticəsində Ə.Abdıyev 1 ədəd “F-1” qumbarasını təhvil verərək təslim olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qaynar.info