Xəbər lenti

DİN jurnalistin döyülməsinə münasibət bildirdi
Ölkə08:23 25.04.2014

DİN jurnalistin döyülməsinə münasibət bildirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yeni Müsavatın” reportyoru Fərahim İlqaroğlunun hücuma məruz qalmasına Daxili İşlər Nazirliyindən münasibət bildirilib. 

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin Aktual.az-a verdiyi məlumata görə, hadisə ilə bağlı polisə məlumat verilib: “Jurnalistin hücuma məruz qalması ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”. 

Xatırladaq ki, Fərahim İlqaroğlu bu gün səhər saat 10.30, radələrində yaşadığı evin blokundan çıxarkən gözlənilməz hücuma məruz qalıb. Fərahim İlqaroğlunun bildirib ki, hücum edən şəxs ona bıçaqla xəsarət yetirmək istəyib.

Qaynar.info