Xəbər lenti

DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)
Ekonomiks06:31 14.01.2019

DİN maşınlarını satışa çıxardı (QİYMƏTLƏR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi ona bilavasitə tabe olan qurumun balansındakı avtomobilləri hərraca çıxarıb.
Qaynarinfo xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi DİN-in Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının avtomobillərinin satışı üçün hərrac təşkil edəcək.
12 fevral tarixində keçirilməsi gözlənilən hərraca ümumilikdə 12 avtomobil çıxarılıb.
DİN hərraca 5 ədəd BMV-320, 4 ədəd "Fiat Doblo” və hərəsi bir ədəd olmaqla "Fiat Kombi Aktiv”, QAZ-3110 və "Volksvagen Passat” avtomobilləri təqdim edib.
Hərraca ən yüksək qiymətə rəqdim edilən avtomobillər BMV-320 markalı avtomobillərdir ki, ilkin start qiyməti 5200 manatdan başlayır.
"Fiat Dablo”ların ilkin start qiyməti isə 4500 manatdır.
Nazirliyin hərraca ən aşağı qiymətə təqdim etdiyi avtomobil isə QAZ-3110-dur ki, onun da qiyməti 2000 manatdan başlayır.