Xəbər lenti

DİN “Mingəçevir” klubunun futbolçuları ilə bağlı araşdırmalara başladı
İdman19:51 27.12.2024

DİN “Mingəçevir” klubunun futbolçuları ilə bağlı araşdırmalara başladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Futbol üzrə Azərbaycan çempionatının I Liqa təmsilçisi olan "Mingəçevir” klubu ilə bağlı araşdırmalar başlayıb.

Komandanın 8 futbolçusunun adı oyun alverində iştirakda hallanır.

Klubdan bildirilib ki, araşdırmalar davam edir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətdən apasport.az saytının sorğusuna cavab olaraq bildirilib ki, daxil olan müraciət üzrə araşdırma aparılır.

DİN-dən hadisə ilə bağlı saxlanılanların olmadığı da qeyd edilib.