
Samux rayon sakini N.Qasımov marixuana satarkən tutulub
Qaynar.info Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakini Nazim Qasımov 14,87 qram marixuananı satarkən tutulub.
N.Qasımovun həmin narkotik vasitəni qəsəbə ərazisində kultivasiya yolu ilə yetişdirməsi müəyyən ediib. Həmin əraziyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 kiloqram 300 qram olan 7 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Qaynar.info