Xəbər lenti

DİN və MTN “Ləzgi məscidi”ndə əməliyyat keçirir - İŞİD TƏHLÜKƏSİ+FOTOLAR
Ölkə09:47 20.06.2014

DİN və MTN “Ləzgi məscidi”ndə əməliyyat keçirir - İŞİD TƏHLÜKƏSİ+FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan camedə əməliyyat keçirib.
Hadisə yerində olan “Yeni Müsavat”ın verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının  əməkdaşları məscidə gedən yolu bağlayıblar: “Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.
Əməkdaşımızın sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat İŞİD-lə bağlıdır: “Ərzidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.
F.İlqaroğlunun sözlərinə görə, Səbail Rayon Polis idarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən “tədbir”lə əlaqələndiriblər.
“Yeni Müsavat”ın sabahkı saytında bu barədə daha ətraflı məlumat veriləcək.
Qaynar.info