İdman 13:37 03.02.2022

"Dinamo" Mahir Emrelinin transferinə nə qədər xərcləyib?

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna keçidinin detalları bəlli olub.

Qaynarinfo Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun transferi Zaqreb klubuna təxminən 1 milyon avroya başa gəlib.

Emreli ilə müqaviləni ləğv edən Polşanın "Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.

Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik müqavilə imzalayıb.